ABŞ-ın koalisiyası Suriyanın hava məkanını yenə 26 dəfə pozdu

Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib

2028025
ABŞ-ın koalisiyası Suriyanın hava məkanını yenə 26 dəfə pozdu

 

  Amerikayönlü antiterror koalisiyanın qırıcıları və pilotsuz uçuş aparatları son sutka ərzində Suriyanın hava məkanda 26 dəfə təhlükəli vəziyyət yaradıb. Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.

  “Beynəlxalq hava yollarının keçdiyi Tənf bölgəsində üç cüt “F-35” qırıcısı, iki cüt “F-16” qırıcısı, bir cüt “Rafal” qırıcısı və bir çoxməqsədli koalisiya “MQ-1C” pilotsuz təyyarəsi tərəfindən gündə 17 qayda pozuntusu qeydə alınıb”, -deyə V.Kulit qeyd edib.

  Bundan əlavə bildirilib ki, avqustun 21-də saat 23:03-dən 23:10-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” taktiki qırıcısı işğal altındakı Colan yüksəkliklərinin hava məkanından Dəməşq yaxınlığındakı obyektlərə səkkiz qanadlı raketlə hücum edib. İsrailin hava hücumu nəticəsində bir suriyalı əsgər yaralanıb.



Әlaqәli Xәbәrlәr