Misir Süveyş körfəzində yeni neft yatağı kəşf edib

Misir Süveyş körfəzində yeni neft yatağının kəşf edildiyini açıqlayıb.

2027826
Misir Süveyş körfəzində yeni neft yatağı kəşf edib

Misir Süveyş körfəzində yeni neft yatağının kəşf edildiyini açıqlayıb.

Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyindən verilən yazılı açıqlamada Misirin beynəlxalq enerji şirkəti “Cheiron”un Süveyş körfəzinin şimalında yeni neft yatağı kəşf etdiyi bildirilib.

Açıqlamada çıxarılan neftin yüksək keyfiyyətli olduğu qeyd edilsə də, miqdarı barədə məlumat verilməyib.

Qeyd edək ki, Misirin neft və mineral sərvətlər naziri Tarik əl-Molla fevralın 12-də Misir Beynəlxalq Neft Sərgisi və Konfransındakı çıxışında ölkəsinin neft ixracatının 2022-ci ildə 41 faiz artdığını bildirib və 2025-ci ilə qədər 300 təbii qaz və neft quyusu qazmağı planlaşdırdıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr