İtaliyada "Qırmızı həyəcan"

Qeyd edək ki, Şimali Afrikadan başlayan isti hava dalğasına görə İtaliyada temperatur avqustun 24 və 25-də 38-40, Breşiya və Florensiya şəhərlərində isə 39 dərəcəyə çatacaq

2027420
İtaliyada "Qırmızı həyəcan"

 

  Şimali Afrikadan gələn yeni isti dalğalarla əlaqədar İtaliyada bir çox şəhər "Qırmızı həyəcan" siqnalı olan ən yüksək risk səviyyəsi siyahısına salınıblar.

  İtaliya Səhiyyə Nazirliyi tərəfindən avqustun 21-də həddindən artıq istilərlə əlaqədar 12 şəhərdə "Qırmızı həyəcan" elan olunub və bu hesabla bu sıraya daxil olan şəhərlərin sayı 22 avqustdan 16 olub. Ayın 24-ündən isə 17 şəhərdə "Qırmızı həyəcan" tətbiq ediləcək.

  “Qırmızı həyəcan” siyahısında olan Roma, Bolonya, Bolzano, Breşiya, Florensiya, Frozinone, Latina, Palermo, Perugia, Rieti, Turin və Veronada şəhərlərinə avqustun 22-dən Genuya, Milan, Neapol, Triesti, 24-ündən isə Venesiya əlavə olacaq.

  Qeyd edək ki, Şimali Afrikadan başlayan isti hava dalğasına görə İtaliyada temperatur avqustun 24 və 25-də 38-40, Breşiya və Florensiya şəhərlərində isə 39 dərəcəyə çatacaq.

  İtaliya Səhiyyə Nazirliyi “Qırmızı həyəcan” olan şəhərlərdə günorta saatlarında günəşə məruz qalmamaq barədə xəbərdarlıq edərək yaşlıların, uşaqların və xroniki xəstəlikləri olanların vəziyyətlərinə daha diqqət etməli olduğunu bildirib.

  Xatırladaq ki, iyul ayında İtaliyada təsirli olan həddindən artıq isti Siciliya və Sardiniyada rekord həddə - 45-47 dərəcəyə çatmışdı.



Әlaqәli Xәbәrlәr