Nigerdə xalq “ECOWAS”a qarşı səfərbər oldu

“ECOWAS” əmr gələn kimi əsgərlərin müdaxilə etməyə hazır olduqlarını bildirib, lakin bu mümkün əməliyyatın dəqiq tarixi ilə bağlı məlumat paylaşmayıb

2026843
Nigerdə xalq “ECOWAS”a qarşı səfərbər oldu

 

  Nigerdə ​​26 iyul çevrilişindən sonra Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə ​​mümkün hərbi müdaxiləsinə qarşı minlərlə adam səfərbər oldu. Minlərlə könüllü Nigeri Müdafiə Könüllüləri (VDN) adlı mülki milis siyahısına yazılmaq üçün paytaxt Niameydəki General Seyni Kountç stadionuna axışıb. Könüllülər VDN rəsmiləri siyahısında olmaq üçün qeydiyyatdan keçiblər.

  Hərbi hökumət istəyərsə, Nigerdəki könüllü silahlı dəstələrin hərbçilərə tibbi xidmət, maddi-texniki təminat, texniki və mühəndislik, eləcə də silahlı mübarizə sahələrində köməklik göstərməsi planlaşdırılır.

  Xatırladaq ki, “ECOWAS” ölkələri qərargah rəislərinin Qananın paytaxtı Akkrada keçirilən toplantısında Nigerə hərbi müdaxilənin tarixinin bəlli olduğu açıqlanıb. “ECOWAS” əmr gələn kimi əsgərlərin müdaxilə etməyə hazır olduqlarını bildirib, lakin bu mümkün əməliyyatın dəqiq tarixi ilə bağlı məlumat paylaşmayıb.



Әlaqәli Xәbәrlәr