Yens Stoltenberq: "NATO Ukraynaya dəstəyini davam etdirəcək"

Stoltenberq Norveçin Arendal şəhərində keçirilən konfransda iştirak edib.

2026284
Yens Stoltenberq: "NATO Ukraynaya dəstəyini davam etdirəcək"

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Qərbə qarşı nüvə təhlükəsi ritorikasında və bütün Ukraynanı ələ keçirmək məqsədində heç bir dəyişiklik olmadığını və NATO-nun buna qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Stoltenberq Norveçin Arendal şəhərində keçirilən konfransda iştirak edib.

Baş katib bildirib ki, Rusiyanın bütün Ukraynaya nəzarət etmək məqsədindən əl çəkdiyinə dair heç bir əlamət yoxdur.

Rusiyanın Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya dəstəyini dayandırmaq üçün nüvə təhlükəsindən istifadə etməyə davam etdiyini bildirən Stoltenberq deyib: “Rusiya bütün Ukraynaya nəzarəti ələ keçirmək üçün hərbi yolla qalib gəlmək fürsəti görsə, bunu edəcəyinə tam əmindir.

Rusiya döyüşü dayandırsa, sülhün bərqərar olacaq, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini anlamaq vacibdir. NATO Ukraynaya dəstəyini davam etdirəcək. NATO-nun Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən siyasətində heç bir dəyişiklik yoxdur".

Qeyd edək ki, NATO-nun baş katibi alyansın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, onun üzvlüyünün yalnız müharibədən sonra mümkün olduğunu və sülhün hansı şəraitdə bərqərar olacağına Ukraynanın qərar verəcəyini tez-tez təkrarlayır.



Әlaqәli Xәbәrlәr