Volker Türk Nigerdəki vəziyyətlə bağlı bəyanat verdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Volker Türk Nigerdə ​​demokratiyanın və ən müdafiəsiz insanların həyatının təhlükədə olmasına görə narahat olduqlarını bildirib.

2026498

Volker Türk verdiyi açıqlamada Niger xalqının keçən ay ordunun Nigerdə ​​hakimiyyəti ələ keçirməsi səbəbindən daha çox səfalətlə üzləşdiyini bildirib.

Hərbi idarəni konstitusiya quruluşunu dərhal bərpa etməyə çağıran Volker Türk deyib: "Niger iqlim dəyişikliyinə qarşı ən müdafiəsiz və dünyanın ən yoxsul ölkələrindən biridir. Niger xalqı uzun illər ərzində çox əziyyət çəkib". 
Volker Türk Nigerdə ​​demokratiyanın və ən müdafiəsiz insanların həyatının təhlükədə olmasına görə narahat olduqlarını bildirib.

Nigerer xalqının səfalətə son qoymaq üçün seçdiyi insanların konstitusiya quruluşuna zidd olaraq çevrilişçilər tərəfindən zorla devrildiyini və həbs edildiyini vurğulayan Volker Türk deyib:''Onlar dərhal azad edilməli və demokratiya bərpa edilməlidir”.
Qeyd edək ki, iyulun 26-da Nigerdə ​​hərbçilər prezident Məhəmməd Bazumu girov götürərək  hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Etiketlәr: #BMT , #Neger , #Volker Türk

Әlaqәli Xәbәrlәr