İsveç terror şkalası üzrə neçənci səviyyədədir?

İsveç Kəşfiyyat İdarəsinin (SEPO) rəhbəri Şarlotta fon Essen (Charlotte von Essen) paytaxt Stokholmda keçirdiyi mətbuat konfransında deyib ...

2026097
İsveç terror şkalası üzrə neçənci səviyyədədir?

 

  İsveçdə milli terror təhlükəsi səviyyəsi 3-dən 4-ə qaldırılıb.

  İsveç Kəşfiyyat İdarəsinin (SEPO) rəhbəri Şarlotta fon Essen (Charlotte von Essen) paytaxt Stokholmda keçirdiyi mətbuat konfransında deyib: “İsveçin təhlükəsizlik vəziyyəti Quran yandırma aksiyaları və onlara qarşı etirazlar səbəbindən pisləşib.

  Biz milli terror şkalası üzrə 5 ballıq təhlükə səviyyəsini 3-dən 4-ə çıxardıq. Qərar getdikcə pisləşən təhlükə səviyyəsinin ümumi qiymətləndirilməsinə əsaslanır".

  Qeyd edək ki, İsveçdə Qurani-Kərimə qarşı təxribat xarakterli hücumlardan sonra Böyük Britaniya İsveçə səfər edən vətəndaşlarına avqustun 12-də "terror hücumu ilə bağlı xəbərdarlıq” edib.

  İsveçin Milli Təhlükəsizlik müşaviri Henrik Landerholm da avqustun 13-də yazılı açıqlama verərək xaricdəki isveçliləri və İsveçə bağlı şirkətləri ehtiyatlı olmağa çağırıb.



Әlaqәli Xәbәrlәr