Havayda ölənlərin sayı artmaqda davam edir

ABŞ-ın  Havay ştatının ən böyük adalarından biri olan Mauidə baş verən meşə yanğınlarında ölənlərin sayı 111 nəfərə çatıb.

2026044
Havayda ölənlərin sayı artmaqda davam edir

ABŞ-ın Havay ştatının ən böyük adalarından biri olan Mauidə baş verən meşə yanğınlarında ölənlərin sayı 111 nəfərə çatıb.
Maui Administrasiyasından verilən yazılı açıqlamada avqustun 8-də başlayan meşə yanğınlarında həyatını itirənlərin sayının 111-ə yüksəldiyi bildirilib.

Ölən daha 5 nəfərin şəxsiyyətinin müəyyən edilərək ailələrinə məlumat verildiyi, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Mindən çox adamın isə hələ də itkin düşdüyü bildirilir.

Havay adalarının qubernatoru Coş Qrin təbii fəlakət zonasının 27 faizində axtarış işlərinin aparıldığını və yaxın 10 gündə ölənlərin sayının əhəmiyyətli dərəcədə və hətta iki dəfə arta biləcəyini söyləyib.

Yanan evlərin, iş yerlərinin və tarixi yerlərin külləri arasında axtarış aparmağın çətin olduğunu, cansız cəsədlərin böyük ölçüdə tanınmaz olduğunu, barmaq izinə nadir hallarda rast gəlindiyini bildirən Qrin şəxsiyyətin müəyyən edilməsinin asan olmadığını bildirib.

Maui Fövqəladə Hallar İdarəsi Agentliyi isə, ilkin hesablamalara görə, adanın yenidən qurulmasının 5,52 milyard dollara başa gələcəyini qeyd edib. 

ABŞ tarixinin ən ölümcül meşə yanğınları davam edərkən, tənqid oxlarının hədəfi olan ABŞ prezidenti Co Bayden həyat yoldaşı Cil Baydenlə avqustun 21-də Havay adalarına gedəcək.

Xatırladaq ki, daha öncə Ağ ev Prezident Cozef Bayden və həyat yoldaşının avqustun 21-də adalara səfər etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Maui və Böyük adalarındakı meşə yanğınları quru və isti hava səbəbindən başlayıb və Dora qasırğasının gətirdiyi güclü küləklər nəticəsində daha da şiddətlənib. Yanğın bir neçə yaşayış məntəqəsini, o cümlədən məşhur turistik Lahayna şəhərini məhv edib. Ada rəhbərliyi yolları bağlamağa məcbur qalıb, ictimai nəqliyyat işləmir. Yüzlərlə yerli sakin təxliyə edilib.



Әlaqәli Xәbәrlәr