Co Bayden Havay adalarına səfər edəcəyini açıqladı

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden bildirib ki, Havay adalarında baş verən meşə yanğınları ABŞ-də son əsrin ən ölümcül yanğını olub.

2025059
Co Bayden Havay adalarına səfər edəcəyini açıqladı

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden bildirib ki, Havay adalarında baş verən meşə yanğınları ABŞ-də son əsrin ən ölümcül yanğını olub.
Co Bayden yanğınlar nəticəsində çox sayda adamın öldüyü Havay adasını ziyarət edəcəyini bildirib. 
Viskonsin ştatının Milvaukee şəhərində çıxış edən ABŞ prezidenti Havay adalarında baş verən meşə yanğınlarını qiymətləndirib.
"Həyat yoldaşım Jill ilə ən qısa zamanda Havaya gedəcəyəm" deyən Co Bayden bu məsələni əyalət qubernatoru ilə müzakirə etdiklərini söyləyib.
Yanğınlar nəticəsində evlərini tərk edən ailələrə 700 dollar birdəfəlik ödəniş ediləcəyini açıqlayan Co Bayden Fövqəladə Halların  Agentliyinin (FEMA) fəlakət qurbanları üçün gördüyü işlərə toxunub.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Havay adası son bir həftədir meşə yanğınları ilə mübarizə aparır. 99 nəfərin həyatını itirdiyi yanğınlar əyalət tarixində bu günə qədər "ən ölümcül təbii fəlakət" olaraq qeydə alınıb. Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini istisna etmir.



Әlaqәli Xәbәrlәr