Cənubi Afrika Respublikasında yeni növ koronavirusun yeni ştamına ilk yoluxma qeydə alınıb

Cənubi Afrika Respublikasında yeni növ koronavirusun (Covid-19) "Omicron" variantının alt törəməsi olan "Eris" (EG.5.1) xəstəliyinin qeydə alındığı bildirilib.

2025496

Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə ilk "Eris"ə yoluxma halının aşkarlandığı qeyd olunub.

Açıqlamada Cənubi afrikalılar "Covid-19"-a qarşı peyvənd olunmağa çağırılıb.

Ümumdünya Səhiyyə Təşkilatı avqustun 9-da "Eris" variantı ilə bağlı hesabat dərc edib.

Mövcud sübutlara əsasən, "Eris"in yaratdığı ictimai sağlamlıq riski, digər mövcud "Covid-19" variantları üçün risk kimi “qlobal miqyasda aşağı” olaraq qiymətləndirilib.

"Eris"in xüsusiyyətlərindən asılı olaraq qlobal miqyasda yayıla və hadisələrin artmasına səbəb ola biləcəyi də qeyd edilib.

Әlaqәli Xәbәrlәr