ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı

Məlumata əsasən, ABŞ öz inventarından Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardım göstərəcək.

2024707
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı

Amerika Birləşmiş Ştatları Ükraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Məlumata əsasən, ABŞ öz inventarından Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardım göstərəcək.
ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada Ukraynaya hərbi yardımın 200 milyon dollar məbləğində olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də paketə ''Patriot'' hava hücumundan müdafiə sistemləri və HIMARS (Yüksək Mobilli Raket-Artilleriya Sistemi)  üçün əlavə sursatlar, minalardan təmizləmə avadanlığı, artilleriya və tank sursatları, müxtəlif diametr və ölçülərdə silah sursatlarının daxil olduğunu bildirib.
ABŞ Rusiya ilə Ukrayna arasında müharibənin başladığı 2022-ci ilin fevralından bu yana Ukraynaya 43 milyard dollardan çox hərbi yardım göstərib.



Әlaqәli Xәbәrlәr