Polşa vətəndaşlarından 4 suala cavab istəyəcək

M.Moravetski sosial mediada seçki ilə bağlı vətəndaşlara veriləcək suallarla bağlı məlumat paylaşıb...

2024273
Polşa vətəndaşlarından 4 suala cavab istəyəcək

 

  Polşanın baş naziri Mateuş Moravetski (Mateusz Morawiecki) 15 oktyabrda parlament seçkilərilə birlikdə keçiriləcək xalq səsverməsində Avropa İttifaqının (Aİ) üzv ölkələrə immiqrasiya planı da daxil olmaqla, vətəndaşlardan 4 suala cavab istəyəcək.

  M.Moravetski sosial mediada seçki ilə bağlı vətəndaşlara veriləcək suallarla bağlı məlumat paylaşıb: “Polşa hökuməti ilk gündən Aİ-nin miqrantların köçürülməsi planına qarşı olub. Avropa bürokratiyasının tətbiq etdiyi məcburi mexanizmə əsasən, Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın qəbuluna tərəfdarısınızmı?..”

  Avqustin 11-də hakim Hüquq və Ədalət Partiyasının sədri və baş nazirin müavini Yaroslav Kaçinski (Jaroslaw Kaczynski) plebisitin ilk sualında iştirakçılardan dövlət müəssisələrinin satışını dəstəkləyib-dəstəkləmədiklərinin soruşulacağını bildirib.  

  Partiyanın sədr müavini Beata Şidlo (Szydlo) 13 avqust açıqlamasında ikinci sualın polşalılara pensiya yaşının artırılması ilə bağlı olacağını söyləyib.

  Qeyd edək ki, avqustun 16-da və ya 17-də parlamentin aşağı palatası Seymdə plebisitlə bağlı reqlament müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr