Nigerdə devrilmiş prezident vətənə xəyanətdə ittiham edilir

İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xunta seçilmiş prezident Məhəmməd Bazuma qarşı dövlətə xəyanət ittihamı irəli sürmək niyyətində olduğunu açıqlayıb.

2023989
Nigerdə devrilmiş prezident vətənə xəyanətdə ittiham edilir

İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xunta seçilmiş prezident Məhəmməd Bazuma qarşı dövlətə xəyanət ittihamı irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Vətəni Müdafiə Milli Şurasının (CNSP) sözçüsü Amadou Abdurahmane tərəfindən oxunan bildirişdə Bazumun "dövlətə xəyanət" və "ölkənin təhlükəsizliyini təhlükə altına almaq" ittihamları ilə mühakimə olunmasının istəndiyi qeyd edilib.

“Biz devrilmiş prezidenti və onun əlbirlərini vətənə xəyanət və dövlət təhlükəsizliyinə təhlükə törətmək ittihamı ilə mühakimə etməyə imkan verən sübutlar topladıq”, -deyə bildirişdə qeyd olunub.

Bəzi Qərbi Afrika siyasətçiləri ilə əlaqəli lobbilərin “keçid hökuməti” ilə bağlı yalan xəbərlər yaydığı qeyd edilərək, bu vəziyyətin şiddətlə pisləndiyi vurğulanıb.

Bildirişdə beynəlxalq ictimaiyyətin bəzi ünsürlərinin “devrilmiş hökumət məmurları” ilə həmrəyliyindən narazılığa işarə edilib.

Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Prezident Mühafizə Alayının komandiri general Abdurrahmane Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.

CNSP avqustun 9-da Lamine Zeyni baş nazir təyin edib və bir gün sonra əsgər və mülki şəxslərdən ibarət 21 nəfərlik kabineti elan edib.



Әlaqәli Xәbәrlәr