Məkkədə Beynəlxalq İslam Konfransı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 85 ölkədən 150 din xadiminin iştirakı ilə Beynəlxalq İslam Konfransı işə başlayıb

2023887
Məkkədə Beynəlxalq İslam Konfransı

 

  Səudiyyə Ərəbistanının Məkkə şəhərində 85 ölkədən 150 din xadiminin iştirakı ilə Beynəlxalq İslam Konfransı işə başlayıb.

  Konfrans Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin himayəsi altında keçirilir.

  Ünsiyyət və inteqrasiya mövzusuna həsr olunmuş konfransın məqsədi dünya üzrə dini işlər, fətva bölmələri və idarələri ilə əlaqə yaratmaqdır.

  Səudiyyə Ərəbistanı İslam işləri, dəvət və irşad nazirinin müavini İvad əl-Anezi iki günlük konfransın açılış nitqində İslam dininin prinsiplərinin möhkəmlənməsinə töhfə verən ortaq bir baxışa çatmağı hədəflədiklərini bildirib.

  Konfrans çərçivəsində keçirilən sessiyalarda “İslam və müsəlmanlara xidmət, xalqlar arasında tolerantlıq və birgəyaşayış dəyərlərinin yayılması məsələlərində din və dini məsələlər üzrə bölmələrin səyləri, o cümlədən onlar arasında ünsiyyətin inteqrasiyası, eləcə də İslam birliyinin möhkəmləndirilməsi, Quran və Peyğəmbərin sünnəsinə riayət edilməsindən danışılacaq.

 Sessiyalarda həmçinin dini qurumların ekstremizm və terrorizmlə mübarizədə səyləri və cəmiyyətin ateizmdən qorunmasında rolu müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr