Rusiya Mərkəzi Bankı: '' Rusiyaya qarşı sanksiyalar 2026-cı ilədək davam edəcək''

2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyi və Rusiyaya qarşı sanksiyaların davam edəcəyi proqnozlaşdırıb.

2023546
Rusiya Mərkəzi Bankı: '' Rusiyaya qarşı sanksiyalar 2026-cı ilədək davam edəcək''

2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyi və Rusiyaya qarşı sanksiyaların davam edəcəyi proqnozlaşdırıb.

Bu barәdә Rusiya Mərkəzi Bankının “2024-2026-cı illər Dövlət Pul Siyasəti” başlığı ilə dərc etdiyi hesabatda məlumat verilib.

Qloballaşma ilə əlaqədar neft qiymətlərində azalma olacağı qeyd edilən hesabatda Rusiyanın Ural neftinin qiymətinin 2025-ci ildə 45 dollar olacağı da bildirilib.

Geosiyasi şərtlərin ciddi şəkildə dəyişməyəcəyi qeyd olunan hesabatda Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyaların proqnozlarının bütün müddət ərzində qüvvədə qalacağı vurğulanıb.

Bildirilib ki, Rusiya ixrac məhsullarını qlobal bazarda endirimlə satmağa davam edəcək.

Qlobal iqtisadiyyatla bağlı iki mümkün ssenarinin yer aldığı hesabatdakı birinci ssenaridə qlobal iqtisadiyyatda parçalanma prosesinin sürətlənə biləcəyi və Rusiyaya təzyiqin daha da artacağı proqnozlaşdırılıb.

Hesabatdakı ikinci ssenariyə görə, qlobal maliyyə sektorunda vəziyyət pisləşəcək və 2007-2008-ci illərin iqtisadi böhranı ilə müqayisə oluna bilən qlobal maliyyə böhranına səbəb olacaq.



Әlaqәli Xәbәrlәr