Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib

Nigeriyada zaman-zaman dini qarşıdurmaların yaşandığı Plato ştatında silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib.

2023064
Nigeriyada silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib

Nigeriyada zaman-zaman dini qarşıdurmaların yaşandığı Plateau ştatında silahlı hücum nəticəsində 21 nəfər həyatını itirib.
Nigeriyada Plateau Ştatı Böhran Qurbanları və Azadlıq Mərkəzinin rəhbəri Solomon Mvantiri Plateau ştatının Barkin Ladi bölgəsinə gələn silahlı şəxslərin hücum təşkil etdiyini bildirib.

Mvantiri "Hücum zamanı həyatını itirən 21 nəfər bu gün günortadan sonra dəfn edildi. Kütləvi dəfn mərasimindən yeni qayıtdıq" deyib.

Xüsusi Hərbi Əməliyyat Qrupu Plateau sözçüsü kapitan Ola Ceyms isə bölgəyə əsgərlərin cəlb edildiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, Nigeriyanın Plateau ştatında vaxtaşırı müsəlmanlarla xristianlar arasında qarşıdurmalar baş verir. Ötən ay ştatda keçirilən əməliyyatlar zamanı 130 qanunsuz silah ələ keçirilib.

Plateau ştatının qubernatoru Caleb Mutfvanq son 3 ayda dini əsaslı qarşıdurmalarda 300-dən çox insanın həyatını itirdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr