BMT Ekvador prezidentliyinə namizədin öldürülməsini pisləyib

BMT Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun öldürülməsini qətiyyətlə pisləyib və yerli hüquq-mühafizə orqanlarını hadisəni hərtərəfli araşdırmağa çağırıb.

2023078

Bu barədə BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq bildirib. O, Ekvadorda təhlükəsizlik vəziyyətinin pisləşməsini, mütəşəkkil cinayətkarlıq problemini və onunla mübarizə üçün milli və beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini dilə gətirib.

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk artan zorakılıq səbəbi ilə Ekvador və onun vətəndaşlarının üzləşdiyi problemlərdən danışıb. O qeyd edib ki, dövlət siyasi namizədlərin, məmurlarının və media işçilərinin müdafiəsini gücləndirməlidir. F.Türk bu kimi çirkin əməllərin təkrarlanmaması üçün insanların həm həyatının, həm də ləyaqətinin qlobal insan haqları meyarlarına uyğun şəkildə qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, 59 yaşlı Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio seçkiqabağı kampaniyası çərçivəsində keçirdiyi görüşdən sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Әlaqәli Xәbәrlәr