Ekvadorda milli matəm və fövqəladə vəziyyət elan olundu

Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək

2022896
Ekvadorda milli matəm və fövqəladə vəziyyət elan olundu

 

  Ekvador prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun qətlə yetirilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

  Ekvador prezidenti “Youtube” kanalı vasitəsilə xalqa müraciətində bildirib ki, Silahlı Qüvvələr vətəndaşların təhlükəsizliyi və ölkədə əmin-amanlığın təmin etmək, ölkədə azad və demokratik seçkilər keçirmək üçün səfərbər olunur.

  Fövqəladə vəziyyət rejimi 60 gün davam edəcək.

  Ölkə prezidenti 3 günlük milli matəm elan olunması barədə fərman da imzalayıb.

  Qeyd edək ki, Fernando Villavisensio avqustun 9-da paytaxt Ekvadorda seçkiqabağı tədbirdə qətlə yetirilib. Hadisə zamanı daha 9 nəfər yaralanıb. Ölkənin Baş Prokurorluğundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinənlərdən biri atışmada öldürülüb.

  Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək.

  Sorğuların nəticəsinə görə, Fernando Villavisensio populyarlığına görə 4-5-ci yerləri tuturdu.

  Xatırladaq ki, Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio (Fernando Villavisensio) seçkiqabağı kampaniyası çərçivəsində etdiyi çıxışdan sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib. Bu barədə hazırkı ölkə prezidenti Gilyermo Lasso X. (tviter) sosial şəbəkə hesabında bildirib. O yazıb: “Cinayət cəzasız qalmayacaq”.

  F.Villavisensio başından üç güllə yarası alıb.



Әlaqәli Xәbәrlәr