Dünyanın ən təhlükəli və ən təhlükəsiz şəhərləri

“Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən ...

2022844
Dünyanın ən təhlükəli və ən təhlükəsiz şəhərləri

 

  “Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Siciliyadakı Kataniya şəhəri Avropanın ən təhlükəli şəhəri hesab olunub.

  Qitənin ən təhlükəli şəhərləri arasında

1)   Marsel (Fransa),

2)   Birminqem (Böyük Britaniya),

3)   Koventri (Böyük Britaniya),

4)   Şarlerua (Belçika),

5)   Neapol (İtaliya),

6)   Monpelye (Fransa),

7)   Lyej (Belçika),

8)   Qrenobl (Fransa) və

9)   Nant (Fransa) yer alır.

  Reytinq bir neçə meyar üzrə tərtib olunub. Real olaraq ölçülə bilən cinayətkarlıq səviyyəsi ilə yanaşı, subyektiv qavrayış, məsələn, evlərin yarılması, oğurluq və ya hücum qorxusu da nəzərə alınıb.

  Bern, Münxen və Sürix Qərbi Avropada ən təhlükəsiz şəhərlər hesab olunub.

  Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakasdır. Sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durbandır (CAR).

  Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlər arasındadır.



Әlaqәli Xәbәrlәr