Danimarkada Qurani-Kərimə qarşı təxribatlar davam edir

Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə hücum edilib.

2022543
Danimarkada Qurani-Kərimə qarşı təxribatlar davam edir

Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə hücum edilib.
İslam əleyhinə və irqçi "Danske Patrioter" (Danimarka vətənsevərlər) qrupunun üzvlərindən biri Türkiya, Pakistan, Əlcəzair, İndoneziya və İranın Kopenhagen səfirlikləri qarşısında Qurani-Kərim yandırılıb.

İslam əleyhinə şüarların səsləndirildiyi təxribatlar polisin müşayiəti ilə baş verib.

Qeyd edək ki, "Facebook" qrupun sosial mediada paylaşdığı bəzi videoları məhdudlaşdırıb.

İsveç və Danimarkada Qurani-Kərimə qarşı təxribatlar

Son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi reaksiya ilə qarşılanır.

Danimarkalı ifrat sağçı siyasətçi və Bərk İstiqamət Partiyasının lideri Rasmus Paludan 2022-ci ildə Pasxa bayramları zamanı İsveçin Malmö, Norköpin və Yönköpinq şəhərlərində və paytaxt Stokholmda Qurani-Kərimin yandırılması təxribatlarını davam etdirib.

Paludan yanvarın 21-də Türkiyenin Stokholmdakı səfirliyi, yanvarın 27-də isə Türkiyenin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.

Stokholmda iraq əsilli Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən 28 iyunda Stokholm məscidinin qarşısında, iyulun 20-də isə İraq səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Stokholmda Qurani-Kərimi və İraq bayrağını tapdalayıb.

Danimarka Qurani-Kərimə hücumlardan sonra sərhəd nəzarətini gücləndirib.
Danimarkada İslamofob və ultra-millətçi qrup aprel ayından etibarən Türkiyenin Kopenhagendəki səfirliyi qarşısında Türk bayrağı və Qurani-Kərimə hücum etməyə başlayıb.

İslam əleyhinə pankartlar qaldıraraq, İslamı təhqir edən şüarlar səsləndirən qrup üzvləri iyulun 21-də İraq, iyulun 24-də İran və İraq, iyulun 25-də isə Misir və Türkiyanin səfirlikləri qarşısında Qurani- Kərimi yandırıblar.

İyulun 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan və bu cür hərəkətləri qəti şəkildə pisləyən qətnamə qəbul edib.



Әlaqәli Xәbәrlәr