Çin turizm siyahısını 3-cü dəfə yenilədi

Çin turizm agentliklərinə Türkiyə də daxil olmaqla bir çox ölkəyə qrup turları təşkil etməyə icazə verilib

2022908
Çin turizm siyahısını 3-cü dəfə yenilədi

 

  Çin turizmin qarşısında əngəl olan “Covid-19” səyahət məhdudiyyətini aradan qaldırdı.

  Çin turizm agentliklərinə Türkiyə də daxil olmaqla bir çox ölkəyə qrup turları təşkil etməyə icazə verilib. Qrup turlarının təşkil oluna biləcəyi ölkələrin üçüncü siyahısı Çinin Mədəniyyət və Turizm Nazirliyinin saytında dərc olunub. Siyahıda Türkiyə ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya və Cənubi Koreya kimi da var.

  Qeyd edək ki, Çində turizm agentlikləri yalnız icazə verilən ölkələrə qrup turları təşkil edə bilər.

  Rəsmi Pekin 2023-cü ilin yanvar ayından etibarən koronavirus məhdudiyyətlərini yumşaltmağa başlamışdı. İlk 20 ölkənin siyahısı mart ayında 40-a qaldırıldı.



Әlaqәli Xәbәrlәr