Avropa İttifaqına üzv ölkələrdə yaşayan ukraynalıların sayı

Müharibədən qaçan 4 milyon 700 min ukraynalının hələ də Avropa İttifaqına (Aİ) üzv ölkələrin müvəqqəti himayəsi altında olduğu bildirilib.

2022509
Avropa İttifaqına üzv ölkələrdə yaşayan ukraynalıların sayı

Müharibədən qaçan 4 milyon 700 min ukraynalının hələ də Avropa İttifaqına (Aİ) üzv ölkələrin müvəqqəti himayəsi altında olduğu bildirilib.

Aİ-na üzv ölkələr 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra qapılarını ukraynalı qaçqınlara açdılar. Qaçqınlar hələ də bu ölkələrin himayəsi altında yaşayırlar.

Aİ tərəfindən ayrı-seçkiliyə görə tənqid edilən müvəqqəti qoruma proseduru çərçivəsində ukraynalılara yaşamaq, işləmək və təhsil almaq hüququ verilib.

Müharibədən sonra Aİ ölkələrində 8 milyon civarında olan ukraynalıların yarısı öz ölkələrinə qayıtması ilə azalıb.

Avropa İttifaqının (Aİ) statistika agentliyi olan "Eurostat"ın açıqladığı məlumatlara görə, hazırda Aİ-də 4 milyon 700 min ukraynalı yaşayır.

Ən çox ukraynalıya 1 milyon 133 min 420 ilə Almaniya ev sahibliyi edir, onu 977 min 740 ilə Polşa və 349 min 140 ilə Çexiya izləyir.

Aİ-dəki ukraynalıların 46,6 faizini qadınlar, 34,4 faizini isə uşaqlar təşkil edir.



Әlaqәli Xәbәrlәr