Pakistanın keçmiş Baş naziri beş il müddətinə siyasətdən kənarlaşdırılıb

Məlumata görə, dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.

2021990
Pakistanın keçmiş Baş naziri beş il müddətinə siyasətdən kənarlaşdırılıb

Pakistanın keçmiş Baş naziri İmran Xan beş il müddətinə siyasətdən kənarlaşdırılıb.

Məlumata görə, dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.

Sözügedən cinayət işi çərçivəsində 3 il həbs cəzası alan və həbs edilən keçmiş baş nazir İmran Xana 5 il siyasi qadağa qoyulub.

Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.

Xatırladaq ki, Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.



Әlaqәli Xәbәrlәr