Pakistanda bombalı hücum nəticəsində 7 nəfər həlak olub

Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində biri siyası xadim olmaqla 7 nəfər həlak olub.

2021675
Pakistanda bombalı hücum nəticəsində 7 nəfər həlak olub

Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində biri siyası xadim olmaqla 7 nəfər həlak olub.

Milli medianın məlumatına görə, Bəlucistanın Keç bölgəsində yol kənarına yerləşdirilmiş uzaqdan idarə olunan bomba mülki avtomobil keçərkən partladılıb.

Bombalı hücumda aralarında Bəlucistan Xalq Partiyasından (BAP) İshaq Yakub da daxil olmaqla 7 nəfər həyatını itirib.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Şimali Vəziristan bölgəsində səhər radələrində baş verən bombalı hücumda ər və arvad olmaqla iki mülki şəxs həlak olub.

Son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.

İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini iddia edir, Əfqanıstan isə bunu rədd edir.



Әlaqәli Xәbәrlәr