Böyük Britaniyada “Covid-19”un növbəti variantı yayılmaqdadır

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə ...

2021372
Böyük Britaniyada “Covid-19”un növbəti variantı yayılmaqdadır

 

  Böyük Britaniyada “Covid-19”un “Omicron” variantının bir altı sayılan “Eris”in (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.

  Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, yeni “Eris” variantı ölkə üzrə hər 7 yeni hadisədən birinə təsadüf edir.

  “Eris” 39,4 faizlə yoluxanların təqribən yarısını təşkil edən “Arcturus”dan sonra Böyük Britaniyada ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb.

  Səlahiyyətlilər dünyada “Covid-19”a yoluxanların sayının artması səbəbindən vəziyyəti yaxından izlədiklərini bildirdilər.

Qapalı məkanlarda yaxın təmaslar və immunitetin zəifləməsi artıma səbəb ola bilər

  Mütəxəssislər ölkədə “Covid-19”a yoluxma hallarının artmasının iyulun 21-də “Barbie” və “Oppenheimer” filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axın etməsi ilə bağlı ola biləcəyini irəli sürüblər. Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırıb. Bildirilir ki, xəstəliyə qarşı immunitetin azalması və “Covid-19” peyvəndlərindən müəyyən vaxt keçməsi də yoluxma hallarının artmasına səbəb ola bilər.

 



Әlaqәli Xәbәrlәr