Pakistanda qatar qəzası nəticəsində ölənlərin sayı 30-a çatıb

Pakistanın cənubunda baş verən qatar qəzası nəticəsində həlak olanların sayı 30-a, xəsarət alanların sayı isə 90 nəfərə çatıb.

2020893
Pakistanda qatar qəzası nəticəsində ölənlərin sayı 30-a çatıb

Pakistanın cənubunda baş verən qatar qəzası nəticəsində həlak olanların sayı 30-a, xəsarət alanların sayı isə 90 nəfərə çatıb.

Polis xilasetmə əməliyyatının başa çatdığını elan edərək, ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu qeyd edib.

Pakistan dəmir yollari naziri Xavaca Saad Rafikin jurnalistlərə verdiyi məlumata görə, Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonu Nəvabşah yaxınlığında relsdən çıxıb. Qəzanın texniki nasazlıq və ya təxribat nəticəsində baş verə biləcəyini deyən nazir yaralıların Nəvabşah və Sanghar bölgələrindəki xəstəxanalara aparıldığını bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərif Pəncab əyalətində qatıldığı tədbirdə çıxış edərək qatar qəzasında həyatını itirənlərə Allahdan rəhmət diləyib və deyib: “Hamımız dua edirik, Allah həyatını itirənlərin məkanını cənnət eləsin, yaralılara tezliklə şəfa diləyirəm”.

Yüksək rütbəli polis zabiti Abid Baloch qəza yerindən verdiyi açıqlamada son vaqonda işlərin də tamamlandığını, ölən və yaralananlar arasında qadın və uşaqların olduğunu bildirib.

Qəza zamanı qatarda neçə nəfərin olduğu barədə məlumat paylaşılmayıb.

Xatırladaq ki, 2021-ci ilin iyununda Pakistanda iki qatarın toqquşması nəticəsində 63 sərnişin həlak olub.



Әlaqәli Xәbәrlәr