“TikTok” böyük məbləğdə cərimə olunacaq, çünki …

Xatırladaq ki, 2023-cü ilin aprel ayında Aİ Komissiyası Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq  Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar və axtarış sistemləri üçün sərt qaydalar tətbiq edəcəyini açıqlamışdı

2020680
“TikTok” böyük məbləğdə cərimə olunacaq, çünki …

 

 

  Avropa İttifaqı (Aİ) Çin sosial media platforması “TikTok”u “uşaqların məhrəmiyyətini pozduğuna görə” böyük məbləğdə cərimə edir.  

  Aİ Məlumat Mühafizəsi Şurası “TikTok” 13-17 yaşlı istifadəçilərinin məlumatlarının mühafizəsi ilə bağlı platformanın baş ofisi İrlandiya Məlumat Mühafizəsi Təşkilatı tərəfindən 2021-ci ildə başladığı araşdırmaya dair rəyini açıqlayıb. Şura “TikTok”un cəzalandırılmasına icazə verərək İrlandiya Məlumat Mühafizəsi Təşkilatının məcburi qərarını təsdiq edib. Cəzanın məbləği 4 həftəyə bildiləcək.

  Xatırladaq ki, 2023-cü ilin aprel ayında Aİ Komissiyası Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq  Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar və axtarış sistemləri üçün sərt qaydalar tətbiq edəcəyini açıqlamışdı. Bu platformalara “Alibaba”, “Amazon”, “Apple AppStore”, “Booking.com”, “Facebook”, “Google Play”, “Google Maps”, “Google Shopping”, “İnstagram”, “Linkedin”, “Pinterest”, “Snapchat”, “TikTok”, “Twitter”, “Wikipedia”, “YouTube” və “Zalando” daxildir. Şərtlərə görə, dezinformasiyanın məhdudlaşdırılması, qeyri-qanuni məzmunun sürətlə silinməsi, yetkinlik yaşına çatmayanların onlayn qorunması, risk qiymətləndirmələrinin aparılması və azaldılması üçün addımların atılması və kənar auditə məruz qalma DSA qaydalarına uyğun olmalıdır.



Әlaqәli Xәbәrlәr