Ukrayna ordusu Rusiya tankerinә hücum etdi

Ukrayna ordusunun Kerç boğazı yaxınlığında pilotsuz dəniz vasitələri  ilə Rusiya tankerinə hücum etdiyi bildirilib.

2020621
Ukrayna ordusu Rusiya tankerinә hücum etdi

Ukrayna ordusunun Kerç boğazı yaxınlığında pilotsuz dəniz vasitələri  ilə Rusiya tankerinə hücum etdiyi bildirilib.

Tass Xəbər Agentliyinin Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinin açıqlamasına istinadən yaydığı məlumatda Kerç boğazı yaxınlığında bir rus tankerinin Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz vasitəsi ilə hücuma məruz qaldığı bildirilib.

"Heyət təhlükəsiz yerdədir, xəsarət alan yoxdur. Sahil mühafizə xidməti hadisə yerindədir. Bölgəyə iki gəmi gəlib'',-deyə məlumatda vurğulanıb.

Digər tərəfdən Ukrayna mediası Ukrayna Təhlükəsizlik Xidmətinin tankerə qarşı əməliyyatı keçirdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr