Hindistanda torpaq sürüşmәsi nәticәsindә 3 nәfәr ölüb

Hindistanın şimalındakı Uttarakhand ştatının Kedarnat Yatra yolunda baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 3 nəfər həyatını itirib, 17 nəfər itkin düşüb.

2020513

''Hindustan Times''in yaydığı xəbərə görə, ötən gecə bölgədə yağan aramsız yağışlar nəticəsində Himalay dağlarının ətəyində yerləşən  Kedarnat Yatra yolunda torpaq sürüşməsi baş verib.

Səlahiyyətlilər səhər saatlarında başladılan axtarış-xilasetmə işləri zamanı itkin düşən 20 nəfərdən 3-nün meyitinin tapıldığını bildiriblər. Səlahiyyətlilər itkin düşən 17 nəfərdən xəbər ala bilmədiklərini qeyd ediblər.Məlumatda itkin düşənlər arasında iki nepallı ailənin də olduğu qeyd olunub.

Yerli polis itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr