Tramp ittihamları qəbul etmədi

Məhkəmə Kapitoliyə hücumla bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə dinləməni avqustun 28-nə təyin edib.

2020023
Tramp ittihamları qəbul etmədi

ABŞ məhkəməsi ölkənin keçmiş prezidenti Donald Trampı həbs etməməyə qərar verib.

Məhkəmə Donald Trampı həbs etməməyə qərar verib və onu məhkəməyə gələrək qanuna əməl edəcəyi vədi ilə azadlığa buraxıb.

Siyasətçi dəfələrlə vurğulayıb ki, ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilmir. O, ona qarşı irəli sürülən ittihamları 2024-cü il prezidentlik yarışından kənarlaşdırmaq cəhdi kimi qiymətləndirir.

Məhkəmə Kapitoliyə hücumla bağlı Trampın işi üzrə dinləməni avqustun 28-nə təyin edib.

Ağ Evin sabiq başçısına qarşı dörd maddə üzrə ittiham irəli sürülüb. ABŞ tarixində ilk dəfə olaraq sabiq prezident yalan məlumat yaymaqda ittiham edilir. Daha iki ittiham isə məxfi fayllarla səhv davranış və işgüzar qeydlərin saxtalaşdırılması ilə bağlıdır. Eyni zamanda, Corciya prokurorluğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə cəhdlə bağlı daha bir ittiham üzrə dördüncü cinayət işi aça bilər.



Әlaqәli Xәbәrlәr