İsveçdə festival zamanı çox sayda adam yaralanıb

İsveçdə keçirilən Eritreya mədəniyyət festivalında törədilən hücum nəticəsində 52 nəfər yaralanıb.

2020078
İsveçdə festival zamanı çox sayda adam yaralanıb

İsveçdə keçirilən Eritreya mədəniyyət festivalında törədilən hücum nəticəsində 52 nəfər yaralanıb.

İsveçin “Expressen” qəzetinin məlumatına görə, Şərqi Afrika ölkəsi Eritreyaya qarşı minlərlə etirazçı festival ərazisində stendləri və avtomobilləri yandırıb.

Ədliyyə naziri Qunnar Strömmer deyib:"İsveçə zorakılıqdan qaçmaq və ya müvəqqəti səfər məqsədi ilə gəlirsinizsə, burada zorakılığa səbəb olmamalısınız. İsveçin bu şəkildə başqa ölkələr arasındakı münaqişəyə sürüklənməsinin mənası yoxdur".

Olayla əlaqədar aparılan istintaq çərçivəsində 100-dən çox etirazçı saxlanılıb.

İsveçdə yaşayan minlərlə Eritreyalının qatıldığı festival 1990-cı illərdən bəri hər il keçirilir.



Әlaqәli Xәbәrlәr