Gürcüstanda torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb

Gürcüstanın Şovi kurort zonasında baş verən torpaq sürüşməsi  nəticəsində iki nəfərin həyatını itirdiyi bildirilib.

2020276
Gürcüstanda torpaq sürüşməsi nəticəsində 2 nəfər ölüb

Gürcüstanın Şovi kurort zonasında baş verən torpaq sürüşməsi  nəticəsində iki nəfərin həyatını itirdiyi bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, dünən Raça-Leçxumi və Kvemo Svaneti bölgəsindəki Şovi kurort zonasında baş verən torpaq sürüşməsindən sonra helikopterlərin köməyi ilə həyata keçirilən axtarış-xilasetmə əməliyyatları davam etdirilib.
Təbii fəlahət nəticəsində iki nəfərin həlak olduğu və indiyədək 140 nəfərin təhlükəsiz bölgələrə aparıldığı bildirilib.
Regional inkişaf və infrastruktur naziri İrakli Karseladze təbii fəlakət bölgəsində olan 50 nəfərdən xəbər ala bilmədiklərini söyləyib. O, daha sonra həmin bölgədəki 6 nəfərlə əlaqə saxladıqlarını deyib.
Daşqınlar və torpaq sürüşməsi nəticəsində yollar və körpülərə ziyan dəyib.
Qeyd edək ki, Sovi bölgəsinə yalnız helikopterlə getmək mümkündür.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili də təbii fəlakətin yaşandığı bölgəyə səfər edib.



Әlaqәli Xәbәrlәr