Entoni Blinken ''Taxıl sazişi'' məsələsini qiymətləndirib

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken Rusiyanın Qara dəniz taxıl sazişindən “şantaj” vasitəsi kimi istifadə etdiyini irəli sürüb.

2020251
Entoni Blinken ''Taxıl sazişi'' məsələsini qiymətləndirib

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken Rusiyanın Qara dəniz taxıl sazişindən “şantaj” vasitəsi kimi istifadə etdiyini irəli sürüb.

Entoni Blinken Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında “Qıtlıq və qarşıdurmaların yaratdığı qlobal ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən sessiyaya sədrlik edib.
Sessiyadan sonra jurnalistlərin suallarını cavablandıran Entoni Blinken deyib:
"Ərzaqdan müharibə aləti kimi istifadəni dayandırmağı öhdəsinə götürən 91 ölkə birgə bəyanat yayıb. Bu, özü-özlüyündə güclü bəyanatdır və biz başqalarını da qoşulmağa dəvət edirik". 
Rusiyanın Qara dəniz taxıl sazişindən “şantaj” vasitəsi kimi istifadə etdiyini irəli sürən və bundan vaz keçməsinin əhəmiyyətini vurğulayan Entoni Blinken Qara dəniz taxılının təkcə Ukraynanın deyil, dünya ölkələrinin taxıl ehtiyacları üçün də çox vacib olduğunu qeyd edib.

Entoni Blinken  Rusiyanın yalnız müqaviləni pozmadığını, eyni zamanda Ukraynadakı ərzaq siloslarını bilərəkdən hədəf alaraq taxıl istehsalına mane olduğunu söyləyib.
“Digər marşrutlardan maksimum şəkildə istifadə etsək belə, Ukraynanın Qara Dəniz Taxıl Təşəbbüsü ilə əldə edə bildiyi imkanlara çatmaq çox çətin olacaq”,-deyə Entoni Blinken qeyd edib.

Entoni Blinken Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı göstərdikləri səylərə görə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Türkiyeyə bir daha təşəkkür edib.

2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün 2022-ci ilin 22 iyul tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiye və Ukrayna arasında Qara dəniz Taxıl Dəhlizi Sazişi imzalanıb.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov iyulun 17-də müddəti başa çatmış müqavilə ilə bağlı açıqlama verib.
"Taxıl  sazişi faktiki olaraq dayandırılıb. Müvafiq şərtlər yerinə yetirildikdən sonra Rusiya dərhal ''Taxıl sazişi'' ilə bağlı sövdələşməyə qayıdacaq. Sazişin Rusiya ilə bağlı hissəsi yerinə yetirilməyib",-deyə Dmitri Peskov qeyd edib.



Әlaqәli Xәbәrlәr