Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil edib

Rusiya hökumətindən verilən yazılı açıqlamada Norveçin Rusiya diplomatik və konsulluq nümayəndəliklərinə qarşı düşmənçilik hərəkətləri edən xarici ölkələr siyahısına daxil edildiyi bildirilib.

2019867
Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil edib

Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.
Rusiya hökumətindən verilən yazılı açıqlamada Norveçin Rusiya diplomatik və konsulluq nümayəndəliklərinə qarşı düşmənçilik hərəkətləri edən xarici ölkələr siyahısına daxil edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, qərara əsasən Norveçin Rusiyadakı diplomatik missiyasında çalışmaq üçün işə götürülən şəxslərin sayına limit qoyulub və bu limit 27 nəfəri keçə bilməz.
Norveç aprel ayında 15 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.



Әlaqәli Xәbәrlәr