Bu dövlət Yunanıstan adalarında hərbi bazalar yaratmaq istəyir

Bu barədə Yunanıstanın “Parapolitika” qəzeti məlumat yayıb...

2019495
Bu dövlət Yunanıstan adalarında hərbi bazalar yaratmaq istəyir

 

  ABŞ Konqresi Nümayəndələr Palatası milli büdcə haqqında qanun layihəsinə düzəliş qəbul edib. Bu düzəliş Yunanıstan adalarında ABŞ hərbi bazalarının yaradılması imkanının nəzərdən keçirilməsinə çağırır. Bu barədə Yunanıstanın “Parapolitika” qəzeti məlumat yayıb.

  Düzəliş müdafiə naziri və dövlət katibini ABŞ-ın Yunanıstanda hərbi mövcudluğunu genişləndirmək üçün mövcud imkanları birgə araşdırmağa, adalara xüsusi diqqət yetirməyə çağırır. Senat artıq öz qanun layihəsinə səs verib və indi iki qanunverici orqan prezident Co Baydenə göndəriləcək yekun mətnin hazırlanması üçün danışıqlar aparır.

 



Әlaqәli Xәbәrlәr