ŞKTR-nin tanınması üçün Böyük Britaniyadan dəstək

Britaniyalı deputat Semmi Uilson (Sammy Wilson) ŞKTR-nin dünya tərəfindən tanınmalı olduğunu bildirib

2019437
ŞKTR-nin tanınması üçün Böyük Britaniyadan dəstək

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) tanınması üçün Böyük Britaniyadan dəstək gəldi.

  Britaniyalı deputat Semmi Uilson (Sammy Wilson) ŞKTR-nin dünya tərəfindən tanınmalı olduğunu bildirib.

  İngiltərənin siyasi jurnalı “Politicshome”dakı məqaləsində S.Uilson yazıb: "Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var. ŞKTR-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaması üçün heç bir səbəb yoxdur.

  Şimali İrlandiya ilə sülh prosesi zamanı imzalanmış “Xeyirli cümə müqaviləsi” kimi tanınan “Belfast” sazişinə nəzər salaq.

  Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı 2010-cu il qərarı ŞKTR-nin tələbinə daha çox uyğundur.

  Kipr yunanları adada həll planlarını rədd edir. İngiltərə bu prosesdə Kipr türkləri (qıbrızlar) ilə yunanlar arasında vasitəçi olmalıdır”.

 



Әlaqәli Xәbәrlәr