İƏT Avropa İttifaqı Komissiyasına nümayəndə heyəti göndərəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qurani-Kərimin yandırılması ilə bağlı narahatlığını bildirmək üçün Avropa İttifaqı (Aİ) Komissiyasına nümayəndə heyəti göndərmək qərarına gəlib.

2018595
İƏT Avropa İttifaqı Komissiyasına nümayəndə heyəti göndərəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qurani-Kərimin yandırılması ilə bağlı narahatlığını bildirmək üçün Avropa İttifaqı (Aİ) Komissiyasına nümayəndə heyəti göndərmək qərarına gəlib.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin səviyyəsində iyulun 31-də keçirilən fövqəladə iclasından sonra yayılan yazılı bəyanat İƏT səhifəsində dərc olunub.

Bəyanatda İsveç və Danimarkada Quranın müqəddəsliyinə qarşı dəfələrlə edilən hücumların sərt şəkildə pisləndiyi ifadə edilib.

Bildirilib ki, İƏT ifadə azadlığı adı altında həyata keçirilən bu kimi halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlər görmək üçün Aİ Komissiyasına nümayəndə heyəti göndərmək qərarına gəlib.

Bəyanatda İƏT-ə üzv ölkələr Qurani-Kərimin yandırıldığı ölkələrlə əlaqələrini nəzərdən keçirərək lazımi mövqe tutmağa çağırılıb.

Bu kontekstdə üzv dövlətlərdən siyasi addımlar atmaq, o cümlədən İsveç və Danimarkadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırmaları istənilib.

Bəyanatda həmçinin müsəlmanlara və İslamın müqəddəs simvollarına qarşı iyrənc hücumların ətraflı qiymətləndirilməsi üçün İƏT-in İslamofobiya üzrə İcraiyyə Şurasının növbəti iclasının keçirilməsi tələb olunub.

İyulun 31-də İƏT-in onlayn iclası ilə eyni vaxtda Danimarka və İsveçdə də Qurani-Kərimə qarşı hücumlar həyata keçirilib.

Türkiyenin xarici işlər naziri Hakan Fidan da İƏT-in iclasında iştirak edərək çıxış edib.

Sözügedən proses Xarici İşlər Nazirliyinin rəhbərliyində Xarici İşlər Nazirləri səviyyəsində keçirilən məsləhətləşmələrdən sonra İraq tərəfindən başlanmış və Sammitin sədri Səudiyyə Ərəbistanının birgə təşəbbüsü ilə həyata keçirilmişdir.



Әlaqәli Xәbәrlәr