Rusiya Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib

Rusiyanın Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 9 nəfər yaralanıb. Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Dnepr şəhərinə raket hücumu təşkil etdiyi bildirilib.

2017555
Rusiya Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib

Rusiyanın Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində 9 nəfər yaralanıb.
Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Dnepr şəhərinə raket hücumu təşkil etdiyi bildirilib.
Açıqlamada raketin mülki şəxslərin yaşadığı binaya düşdüyü qeyd edilib.
"Hücum zamanı 9 nəfər yaralanıb. Onların arasında 2 uşaq da var" deyə açıqlamada vurğulanıb.
Ukrayna prezidenti Volodimir Zelenski hadisə ilə bağlı Telegram kanalında etdiyi paylaşımda deyib:
"Raket hündürmərtəbəli binaya və Ukrayna Təhlükəsizlik Xidmətinin binasına düşüb. Bu, Rusiyanın raketlə törətdiyi terror hücumudur. Biz xalqımıza qarşı hücuma və terrora görə Rusiyanı cəzalandırmaq üçün əlimizdən gələni edəcəyik". 
2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.



Әlaqәli Xәbәrlәr