Dünya isti və daşqınlarla mübarizə aparır

İsti hava yandırır. Fırtınalar və yağışlar dağıntılara səbəb olur.

2016016
Dünya isti və daşqınlarla mübarizə aparır
pakistan sel.jpg
orman yangını.jpg

Dünyanın bir tərəfində həddindən artıq istilər, digər tərəfdə tufanlar və daşqınlar... 
İtaliya həddindən artıq temperatur və cənubda meşə yanğınları, şimalda isə fırtına ilə mübarizə aparır. Pakistanda musson yağışları daşqınlara səbəb olub. Hindistanda çayda suyun səviyyəsi qalxıb, avtomobillər su altında qalıb.
İsti hava yandırır. Fırtınalar və yağışlar dağıntılara səbəb olur.

İtaliyanın şimalı və cənubu müxtəlif hava şəraitinin təsiri altındadır.

Yüksək temperatur ilə mübarizə aparan Kalabriya bölgəsi və Siciliya adası meşə yanğınları ilə mübarizə aparır. Siciliyada irili-xırdalı 86 aktiv yanğın davam edir. Yanğınların birbaşa və dolayı təsiri nəticəsində 4 nəfər həlak olub. Yanğınlara müdaxilə edən 1 meşə işçisi və 2 yanğınsöndürən yaralanıb.
Palermo hava limanında güclü tüstü səbəbindən nəqliyyat müvəqqəti olaraq dayandırılıb.

Bir çox magistral yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb.

Ölkənin şimalında tufan təsirli olur... Ağaclar aşıb. Bəzi avtomobillərə ziyan dəyib.

Monza və Milan şəhərlərinin yerləşdiyi bölgədə təsirli olan şiddətli tufan səbəbindən elektrik şəbəkəsi sıradan çıxıb.

Pakistan
Musson mövsümünü yaşayan Pakistanın Kəraçi şəhərində küçələri su basıb. Onlarla avtomobil su altında qalıb.

Hindistan

Hindistanın Noida şəhərində leysan yağışlar səbəbindən Hinton çayında suyun səviyyəsi qalxıb. Maşınlar su altında qalıb.

Afrika
Həddindən artıq istilər Afrika qitəsində də təsirlidir... 
Əlcəzairdə yanğınlarda ölənlərin sayı 34-ə yüksəlib. Əlcəzairdə meşə yanğınları söndürülüb. Mühafizə və soyutma işlərinin davam etdiyi açıqlanıb.

Tunisdə də oxşar vəziyyət hökm sürür. Temperaturun bəzi yerlərdə 50 dərəcəni keçdiyi ölkədə 170 nəfər meşə yanğınlarından zərər çəkib. Yanğınlarla əlaqədar 2500 nəfər təxliyə edilib.



Әlaqәli Xәbәrlәr