Bəhreyn İsveçin müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

Bəhreyn Xarici İşlər Nazirliyi Stokholmun hər iki ölkədəki maraqlarını təmsil edən İsveçin BƏƏ-dəki müvəqqəti işlər vəkilini Quranın yandırılması aksiyasına etiraz notası vermək üçün çağırıb.

2016233
Bəhreyn İsveçin müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

Bəhreyn Xarici İşlər Nazirliyi Stokholmun hər iki ölkədəki maraqlarını təmsil edən İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) müvəqqəti işlər vəkilini Quranın yandırılması aksiyasına etiraz notası vermək üçün çağırıb.

Bəhreyn İsveç hakimiyyətini "Stokholmun mərkəzində polis mühafizəsi altında ekstremistlərə Qurani-Kərimi yandırmağa və təhqir etməyə icazə verməkdə" qınayıb. Həmçinin nifrət və düşmənçiliyin qızışdırılmasına şərait yaradan aksiyaların keçirilməsini məhdudlaşdırmağa çağırıb.

Bəhreyn Xarici İşlər Nazirliyi Qurani-Kərimin yandırılması hadisələrinin beynəlxalq qətnamə və konvensiyalara zidd olduğunu, İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindalın nazirliyə çağırılaraq etiraz notası verildiyini və İsveçin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl də Qurana qarşı təhqirlərə səhnə olan İsveçdə son olaraq Stokholmdə İraq əsilli Salvan Momika 28 iyun Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin nəzarətində Qurani-Kərimi yandırıb.

Momika iyulun 20-də də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını təhqir edib.

Danimarkada isə iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də növbə ilə İran və İraq səfirlikləri qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyenin Kopenhagendəki səfirliyi qarşısında Türk bayrağına və Qurana hücum edərək İslamı təhqir edib.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri iyulun 25-də Misirin, daha sonra Türkiyenin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.



Әlaqәli Xәbәrlәr