BӘӘ 21 iranlı mәhbusu azadlığa buraxdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 21 iranlı əfv olunaraq azadlığa buraxılıb.

2016209
BӘӘ 21 iranlı mәhbusu azadlığa buraxdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 21 iranlı əfv olunaraq azadlığa buraxılıb.

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın BƏƏ-nin paytaxtı Əbu-Dabiyə səfəri zamanı keçirdiyi görüşlər çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nahyanın göstərişi ilə bu ölkədə həbsdə olan 21 iranlı azadlığa buraxılıb.

Azadlığa buraxılan İran vətəndaşları Əl Nəhyan tərəfindən əfv edilib və inzibati prosedurlardan sonra ölkələrinə qayıdacaqlar.

Onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddətə saxlandıqları barədə məlumat verilməyib.

İyulun 22-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkənin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşmüşdü.

Xatırladaq ki, iyulun 13-də də BƏƏ-də həbsdə olan 15 iranlı azadlığa buraxılmışdı.



Әlaqәli Xәbәrlәr