İlon Mask: ‘‘Twitterin logosu dәyişdirilәcәk’’

''Twitter''in sahibi İlon Mask sosial media platformasının klassik “quş” loqosunu “X” hərfi ilə əvəz edəcəyini açıqlayıb.

2015424
İlon Mask: ‘‘Twitterin logosu dәyişdirilәcәk’’

''Twitter''in sahibi İlon Mask sosial media platformasının klassik “quş” loqosunu “X” hərfi ilə əvəz edəcəyini açıqlayıb.

Bu barədə İlon Musk rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.

"Tezliklə biz ''Twitter'' brendi və tədricən bütün quşlarla vidalaşacağıq'',-deyə İlon Mask qeyd edib.

İlon Musk başqa bir paylaşımında ''Twitter'' üçün nəzərdə tutulan yeni loqonun şəklini də dərc edib.

"Əgər bu axşam yaxşı bir X loqosu paylaşılarsa, biz sabah bütün dünyada yayımda olacağıq. Bu, X kimi'',-deyə İlon Mask paylaşımında qeyd edib.

''SpaceX'' və ''Tesla'' şirkətlərinin də sahibi olan İlon Mask  ötən ilin oktyabr ayında ''Twitter''i alıb və həmin tarixdən etibarən köklü dəyişikliklər aparır.



Әlaqәli Xәbәrlәr