Oleq Kiper: ''Rusiya Odessadakı anqarları bombaladı''

Ukraynanın Odessa bölgəsindəki Rusiya ordusunun raket hücumu nəticəsində 2 nəfər yaralanıb, 100 ton noxud və 20 ton arpa yanaraq məhv olub.

2014437
Oleq Kiper: ''Rusiya Odessadakı anqarları bombaladı''

Ukraynanın Odessa bölgəsindəki Rusiya ordusunun raket hücumu nəticəsində 2 nəfər yaralanıb, 100 ton noxud və 20 ton arpa yanaraq məhv olub.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın səhər saatlarında Odessa vilayətinə raket hücumu həyata keçirdiyini bildirib.

Rusiya döyüş gəmilərindən atılan iki raketin bölgədəki taxıl anqarına düşdüyünü qeyd edən Kiper deyib:

"Təəssüf ki, Odessa vilayətində kənd təsərrüfatı müəssisələrindən birinin taxıl terminalları (anqar) vurulub. Düşmən 100 ton noxud və 20 ton arpanı məhv edib. Partlayış nəticəsində 2 nəfər yaralanıb".

Rusiyanın artıq Odessa bölgəsindəki limanlardan sonra əkinçilik sahələrini hədəf almağa başladığını ifadə edən Kiper hücumda nəticəsində 200 kvadrat metrdən böyük sahədə yanğının baş verdiyini ifadə edib.


Etiketlәr: #Odessa , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr