Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Türkiye ilə ikitərəfli əlaqələrə münasibət bildirib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Türkiyə ilə ikitərəfli əlaqələrin gələcəkdə daha yaxşı inkişaf edəcəyinə tam inandıqlarını bildirib.

2013779
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Türkiye ilə ikitərəfli əlaqələrə münasibət bildirib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Türkiyə ilə ikitərəfli əlaqələrin gələcəkdə daha yaxşı inkişaf edəcəyinə tam inandıqlarını bildirib.

Əl Nəhyan Körfəz ölkələrinə səfəri çərçivəsində paytaxt Əbu-Dabidə prezident Rəcəb Tayyib Ərdoğanı və onu müşayiət edən nümayəndə heyətini El Vətən sarayında rəsmi mərasimlə qarşılayıb.

Qarşılamadan sonra qısa nitq söyləyən Əl Nahyan Türkiye ilə ikitərəfli əlaqələrin qarşıdakı dövrdə daha yaxşı inkişaf edəcəyinə tam inandıqlarını söyləyib.

BƏƏ-nin Türkiyeni başda ticarət, texnologiya, enerji, təhlükəsizlik və qida sahələrində əsas tərəfdaş olaraq gördüyünü bildirən Əl Nahyan Türkiyenin də bölgədəki prosesləri yaxından izlədiyini və hər iki ölkənin məsuliyyətinin bu inkişafları müsbət mənada dəstəkləmək olduğunu bildirib.

Əl Nahyan həmçinin BƏƏ olaraq Türkiye ilə Misir arasındakı əlaqələrin səfirliklər səviyyəsinə yüksəlməsindən məmnun olduqlarını ifadə edərək, Ankara ilə Qahirənin yaxınlaşmasını bütün region üçün mühüm inkişaf kimi qiymətləndirib.

Noyabrda Dubayda keçiriləcək COP 28 İqlim Konfransında Türkiyenin fəal iştirakına önəm verdiklərini qeyd edən Əl Nahyan dünyanı gələcək nəsillər üçün qorumaq barədə iqlim və ətraf mühitlə bağlı birgə həl yolları ortaya qoya biləcəklərini vurğulayıb.

Əl Nahyan prezident Ərdoğanla görüşü barədə özünün tvitter hesabında da paylaşım edib.

BƏƏ ilə Türkiye arasında ikitərəfli əlaqələrin gücləndirilməsi, iqtisadi və inkişaf sahəsində əməkdaşlığın xalqlarının rifahı naminə inkişaf etdirilməsi məsələlərini müzakirə etdiklərini qeyd edən Əl Nəhyan həmçinin region xalqlarının rifahı naminə sülh, sabitlik və rifahı dəstəkləmək üçün müsbət irəliləyişlərin qurulmasının vacibliyini müzakirə etdiklərini bildirib.

Görüşün fotolarını paylaşan Əl Nahyan “Ərdoğanla Əbu Dabidə görüşməkdən məmnun oldum” ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr