Dmitri Peskov: ''Vladimir Putin BRİKS-in zirvə toplantısına video-konfrans vasitəsilə qatılacaq''

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Cənubi Afrikada keçiriləcək BRİKS-in zirvə toplantısına video-konfrans vasitəsilə qatılacağını söyləyib.

2013604

Bu barədə Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bildirib.
Vladimir Putinin avqust ayında Cənubi Afrika Respublikasında keçiriləcək zirvə toplantısına video-konfrans vasitəsilə qatılacağını bildirən Dmitri Peskov deyib: "Bu, tam hüquqlu bir iştirak olacaq".
O, zirvə toplantısına həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun qatılacağını da bildirib.
Qeyd edək ki, gələn ay BRİKS-in zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşan Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) üzv dövlətlərdən biri kimi Rusiya lideri Vladimir Putinin toplantıya qatılacağı təqdirdə onu həbs etmək məcburiyyətindədir.

Әlaqәli Xәbәrlәr