“Qanunsuz immiqrasiya qanunu” Böyük Britaniya parlamentində qəbul edildi

Böyük Britaniyada qeyri-qanuni miqrantların Manş boğazı ilə qayıqlarla ölkəyə daxil olmasının qarşısını almaq üçün hökumətin martın 7-də açıqladığı mübahisəli “Qanunsuz immiqrasiya qanunu” parlamentdə qəbul edildi

2013023
“Qanunsuz immiqrasiya qanunu” Böyük Britaniya parlamentində qəbul edildi

 

  Böyük Britaniyada qeyri-qanuni miqrantların Manş boğazı ilə qayıqlarla ölkəyə daxil olmasının qarşısını almaq üçün hökumətin martın 7-də açıqladığı mübahisəli “Qanunsuz immiqrasiya qanunu” parlamentdə qəbul edildi.

  Qanunsuz miqrantların 28 gün ərzində məhkəmə araşdırması olmadan öz ölkələrinə və ya Ruanda kimi təhlükəsiz hesab edilən üçüncü ölkələrə deportasiyasını nəzərdə tutan qanun layihəsi parlamentdə təsdiqlənib.

  Qeyri-qanuni miqrantlar deportasiya edildikdən sonra sığınacaq tələblərini irəli sürəcək və qanuni hüquqlarını axtaracaqlar.

  Qanun layihəsi kralın təsdiqindən sonra qüvvəyə minəcək.

  Bir sıra millət vəkilləri, hüquqşünaslar və insan haqları təşkilatları qanunu "qeyri-insani" və "qəddar" adlandıraraq tənqid edib.

  Britaniya hökuməti qanun layihəsi çərçivəsində Ruanda ilə müqavilə imzalayıb.



Әlaqәli Xәbәrlәr