BMT Britaniyanın mübahisəli immiqrasiya qanununa sərt reaksiya verdi

BMT-nin Qaçqınlar üzrə və İnsan Haqları üzrə ali komissarlıqları Böyük Britaniya hökumətinin “Qeyri-qanuni immiqrasiya qanunu”nun qəbulu ilə bağlı birgə bəyanat yazıblar

2013064
BMT Britaniyanın mübahisəli immiqrasiya qanununa sərt reaksiya verdi

 

  Birləşmiş Millətlər Təşkilatı Britaniya parlamenti tərəfindən qəbul edilən mübahisəli “Qeyri-qanuni immiqrasiya qanunu”nun ölkənin beynəlxalq insan haqları və qaçqınlar hüququ ilə bağlı öhdəliklərinə zidd olduğunu bəyan edib.

  BMT-nin Qaçqınlar üzrə və İnsan Haqları üzrə ali komissarlıqları Manş dənizindən təknə və rezin qayıqlarla keçən qeyri-qanuni miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Böyük Britaniya hökuməti tərəfindən martın 7-də elan edilən “Qeyri-qanuni immiqrasiya qanunu”nun qəbulu ilə bağlı birgə bəyanat yazıblar.

  Bəyanatda yazılır: “Qəbul edilən qanun layihəsi zülm görmədikləri ölkələrə qeyri-qanuni yollarla gedən mühacirlərin sığınacaq müraciətini qadağan edir, qaçqınların müdafiə və insan hüquqları ilə bağlı digər tələblərinin qarşısını alır.

  Qanun layihəsi təqib riski altında olub-olmamasına, insan hüquqlarının pozulub-pozulmadığına, beynəlxalq insan haqları və humanitar hüquq çərçivəsində digər əsaslandırılmış iddialardan asılı olmayaraq, qaçqın kateqoriyasına daxil olan hər kəsin Böyük Britaniyada müdafiəyə çıxışını rədd edir”.  

  BMT-nin Qaçqınlar üzrə ali komissarı Flippo Qrandi və İnsan Haqları üzrə ali komissar Volker Türk xəbərdarlıq edərək bildiriblər: “Qanun layihəsi Böyük Britaniyanın beynəlxalq insan haqları və qaçqınlar hüququndan irəli gələn öhdəliklərinə ziddir və beynəlxalq müdafiəyə ehtiyacı olanlar üçün ağır nəticələrə səbəb olacaq.

  Bu qərarın əmsal kimi müəyyən edilməsi digərləri, xüsusilə Avropa ölkələri üçün maraqlı gələ bilər.

  Qanun layihəsi sığınacaqla bağlı öhdəliklərin aradan qaldırılması yolunda, bütün beynəlxalq qaçqınlar və insan hüquqlarına potensial mənfi təsir göstərəcək.    

  Britaniya hökumətini bu qanun layihəsinə yenidən baxmağa, eləcə də qaçqın və sığınacaq axtaranların hüquqlarına hörmət və mühafizə etməyə çağırırıq”.

  Qeyd edək ki, Britaniya hökumətinin Qanunsuz İmmiqrasiya Qanununa əsasən, saxlanılan qeyri-qanuni miqrantlar 28 gün ərzində məhkəmə araşdırması aparılmadan öz ölkələrinə və ya Ruanda kimi təhlükəsiz hesab edilən üçüncü ölkələrə deportasiya ediləcək. Qeyri-qanuni miqrantlar deportasiya edildikdən sonra sığınacaq tələblərini irəli sürəcək və qanuni hüquqlarını axtaracaqlar.



Әlaqәli Xәbәrlәr