ABŞ 42 ildən sonra Koreya yarımadasına ilk nüvə sualtı qayığını göndərdi

ABŞ-ın “rəsmi Pxenyan administrasiyasının nüvə silahı və raket təxribatlarına qarşı” 42 ildən sonra göndərdiyi ilk nüvə sualtı qayığı Cənubi Koreyaya çatıb

2013075
ABŞ 42 ildən sonra Koreya yarımadasına ilk nüvə sualtı qayığını göndərdi

 

  ABŞ-ın “rəsmi Pxenyan administrasiyasının nüvə silahı və raket təxribatlarına qarşı” 42 ildən sonra göndərdiyi ilk nüvə sualtı qayığı Cənubi Koreyaya çatıb.

  “Yonhap”ın xəbərinə görə, Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, Busan limanına gələn dünyanın ən böyük sualtı qayıqlarından biri olan “USS Kentucky” nüvə sualtı qayığı 170 metr uzunluğunda və təxminən 19 min ton ağırlığındadır.

  ABŞ-ın "Şimali Koreyanı hücumlardan çəkindirmək" məqsədi ilə 1981-ci ildən bəri ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərir.

  Cənubi Koreyanın müdafiə naziri Li Conq Sup sözügedən mövzu ilə bağlı deyib: “Nüvə sualtı qayığının Koreya yarımadasına yerləşdirilməsi ABŞ-ın “Genişlənmiş çəkindirmə” tədbirlərini qətiyyətlə həyata keçirəcəyinin göstəricisidir. Bu, Şimali Koreya, eləcə də Cənubi Koreya xalqına və beynəlxalq ictimaiyyətə onların ABŞ-la müttəfiqlik qabiliyyətini və xarakterini göstərir”.

  Xatırladaq ki, 2023-cü ilin aprel ayında Cənubi Koreya prezidenti Yun Sok-yöl (Yoon Suk-yeol) ABŞ prezidenti Co Bayden ilə “Vaşinqton bəyannaməsi”ni imzalayıb. Bu bəyannamə ilə ABŞ nüvə silahı da daxil olmaqla bütün hərbi potensialı ilə Cənubi Koreyanı müdafiə etmək üçün “Genişləndirilmiş çəkindirmə” tədbirləri görəcəyini öhdəsinə götürür.



Әlaqәli Xәbәrlәr