Sirri açıqlanmayan "Gilgo Beach” cinayətlərinin qatili ələ keçdi

ABŞ mətbuatında yer alan xəbərlərə görə...

2011701
Sirri açıqlanmayan "Gilgo Beach” cinayətlərinin qatili ələ keçdi

 

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində bir memar ştatın Lonq-Aylend (Long İsland) bölgəsində 2010-cu ildən bəri üstü açılmayan və ən azı 10 nəfərin ölümü ilə əlaqəli olan silsilə qətllərdə şübhəli qismində saxlanılıb.

  ABŞ mətbuatında yer alan xəbərlərə görə, 2010-cu ildən bəri ən az 10 qurbanın qalıqlarının tapıldığı və "Gilgo Beach” (Qilgo çimərliyi) kimi bilinən cinayətlərə görə şübhəli 15 iyunda hakim qarşısına çıxarılacaq.

  Nyu-Yorkdakı “Gilgo Beach” cinayətləri ilə bağlı bir saxlanılan adamın adı Reks Hoyermandır (Heuerman). O, Lonq-Aylenddə doğulub-böyüyüb. 1994-cü ildən Nyu-Yorkda yerləşən memarlıq və konsaltinq firması “RH Consultants & Associates”in sahibi və qeydiyyatdan keçmiş memar idi.

  Ölənlərin telefon məlumatlarının araşdırılması nəticəsində ələ keçən qatilin Lonq-Aylenddəki Massapequa parkı yaxınlığındakı evində axtarış aparılıb.

  Bildirək ki, 2010-cu ildən Lonq-Aylendin cənubundakı çimərlikdə müxtəlif vaxtlarda 8 qadın, bir kişi və bir uşaq olmaqla ən azı 10 insan qalığı tapılıb. Sirri açıqlanmayan “Gilgo Beach” qətlləri ictimaiyyətdə qorxuya səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr