ABŞ-dan Hörmüzə “F-16” donanması

Pentaqonun son açıqlaması Rusiyanın Suriya səmasında təhlükəli və qeyri-peşəkar davranışına görə “F-22 Raptors” donanmasını Yaxın Şərqə göndərdikdən bir neçə həftə sonraya təsadüf edir

2011715
ABŞ-dan Hörmüzə “F-16” donanması

 

  Rəsmi Vaşinqton son həftədir ki, Hörmüz boğazı üzərində “A-10” qırıcı təyyarələri uçurur və İranın neft tankerlərini ələ keçirmək cəhdlərinin artmasına cavab olaraq, bu həftənin sonunda Körfəzə yeni “F-16” donanması göndərəcək. Bu barədə 14 iyunda ABŞ-ın yüksəkrütbəli hərbi rəsmisi bildirib.

  “Al Arabiyya” telekanalı xəbər verib ki, Pentaqonun rəsmisi ABŞ-ın Rusiya, İran və Suriya arasında getdikcə daha möhkəmlənən əlaqələrdən narahatlığını dilə gətirib. O əlavə edib ki, bu üç ölkə ABŞ-ı Suriyadan sıxışdırıb çıxarmaq istəyir.

  Pentaqonun son açıqlaması Rusiyanın Suriya səmasında təhlükəli və qeyri-peşəkar davranışına görə “F-22 Raptors” donanmasını Yaxın Şərqə göndərdikdən bir neçə həftə sonraya təsadüf edir. Birləşmiş Ştatların rəsmisi deyib: “A-10” təyyarələri artıq bir həftə yarımdır ki, Hörmüz boğazı və daha geniş Körfəz əraziləri üzərində uçur. Biz bu dəstəyi daha da gücləndirmək üçün bu həftə sonu F-16-ları uçurmağa başlayırıq”. Onun sözlərinə görə, yeni donanmanın göndərilməsi ABŞ-a bölgədə hansı gəmilərin üzdüyünü, nə daşıdığını və kimə məxsus olduğunu "həqiqətən yaxşı görməyə" imkan verəcək, həmçinin gəmilərin risk dərəcəsini qiymətləndirməyə şərait yaradacaq.

  ABŞ Hərbi Dəniz Donanmasından bildirilib ki, ötən həftə İran Hörmüz boğazı yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək onlardan birinə atəş açıb. Rəsmi Vaşinqton Tehranın bu həmlələrinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr